"Yaxşı nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq"

"Yaxşı nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq"

"Sabah ilk ev matçına çıxacağıq. Ümid edirəm ki, stadion dolar, azarkeşlərimiz gələr. Yaxşı nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq. Oyuna yaxşı hazırlaşmışıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov deyib

Müdafiəçi sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində Bakıda baş tutacaq "Slaviya" ilə görüş haqda düşüncələrini bölüşüb, sonra jurnalistlərin suallarını cavablandırıb.


Millidə üzərinizdə psixoloji olaraq təzyiq çox idi. Psixoloji və ya fiziki yorğunluq var?

- Deməzdim ki, yorğunluq qalıb. Millidə qalib gəldikdən sonra heç bir yorğunluğum yoxdur. Allah qoysa, sabah da qələbə qazanarıq. Hər şey qaydasındadır.

BOS daha böyük stadiondur. Burada oynamaqdansa Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq daha yaxşı olmazdı?

- Məncə, burada azarkeş dəstəyi çox olacaq. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan üçün tarixi arenadır. BOS-da daha çox azarkeş olsa, məncə, daha yaxşı olar.

Meydançanın durumu necədir?

- Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədir.