Samir Abasov bu futbolçuların üstündən xətt çəkdi - SİYAHI

Samir Abasov bu futbolçuların üstündən xətt çəkdi - SİYAHI

"Neftçi" Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümü üçün yekun siyahını Peşəkar Futbol Liqasına (PFL) göndərib.

"Mediasport" xəbər verir ki, baş məşqçi Samir Abasov hələlik 22 futbolçunun xidmətindən yararlanacaq ki, onlardan 13-ü legionerdir.

Siyahıda diqqətçəkən məqamlar var. Belə ki, "ağ-qaralar"ın iştirak ərizəsində üç tanış simanın adı yoxdur - Ramil Şeydayev, Ryonosuke Ohori və Aleks Fernandes.

Samir Abasov üç aydan çoxdur yola salmaq istədiyi Ramillə yanaşı, braziliyalı vinger və yapon yarımmüdafiəçiyə də ehtiyac duymayıb.

Xatırladaq ki, Şeydayev 2024-cü ilin yayında "Neftçi" ilə 3 illik müqaviləyə qol çəkib.

Ohori ilə bu ilin yanvarında 1,5+1 il şərtli müqavilə bağlanıb.

Fernandes isə bu ilin fevralında Rusiyanın “Baltika” klubundan sonradan uzadılması mümkün anlaşma ilə 6 aylıq icarəyə götürülüb.