"Neftçi" Yüksək Liqada yeni mövsümə qələbə ilə başladı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsüm start götürüb.
"Mediasport" xəbər verir ki, azarkeşlər iki görüş izləyiblər.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən qarşılaşmalarda "Neftçi" "Ordu"ya (3:0), "Murov Az Terminal" isə "Azərreyl"ə (3:2) qalib gəlib.
Turun "Gənclər" - "Xilasedici" matçının tarixi və yeri hələlik müəyyənləşməyib.