Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə bağladı

 Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə bağladı

Qadın voleybolçulardan ibarət “DH Volley” komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu vəzifəyə Duda Nunyeş gətirilib.

Braziliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, yeni mövsümdə Çelenc Kubokunda mübarizə aparacaq "DH Volley"in rəqibi Danimarkanın "Holte" klubu olacaq.

Komanda ilk matçını oktyabrın 27-29-da evdə, cavab oyununu isə noyabrın 3-5-də səfərdə keçirəcək.