Fransa çempionu və ilin məşqçisi Azərbaycan millisini çalışdıracaq

 Fransa çempionu və ilin məşqçisi Azərbaycan millisini çalışdıracaq

Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandasına yeni baş məşqçi təyin olunub.

"Mediasport" xəbər verir ki, yığmanı Boris Qrebennikov çalışdıracaq.

Xatırladaq ki, 67 yaşlı mütəxəssis eyni zamanda "Azərreyl"in baş məşqçisidir.

O, karyerası ərzində Fransa, Rusiya, Səudiyyə Ərəbistanı və Azərbaycan çempionu olub.

Həmçinin Fransa və Tunisdə ölkə kubokunu qazanıb, Fransada ilin məşqçisi seçilib.