"Neftçi" Polşada keçirdiyi 3-cü yoxlama matçında da bərabərə qaldı

Polşada təlim-məşq toplanışını davam etdirən "Neftçi" son yoxlama matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" Kiprin AEL komandası ilə qarşılaşıblar.
Byalobjeqdə yerləşən "Mieyski" stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Komandamızın qollarını Bassala Sambu və Ramil Şeydayev vurublar.
Xatırladaq ki, paytaxt təmsilçisi bunadək "Hapoel" (Təl-Əviv, İsrail; 1:1) və "Termalika" (Polşa; 2:2) ilə üz-üzə gəlib, "Asteras"la (Tripolis, Yunanıstan) keçirilməli olan görüş isə güclü leysan səbəbindən ləğv edilib.