Gəncənin yeni tikilən stadionunun istifadəyə veriləcəyi tarix açıqlandı

Gəncənin yeni tikilən stadionunun istifadəyə veriləcəyi tarix açıqlandı

"Gəncə şəhər stadionunun ot örtüyünün aprel ayına qədər hazır vəziyyətə gətirilməsi planlaşdırılır. Hazırda ot örtüyünün qurulması layihəsi ardıcıllığa uyğun davam etdirilir".

Bunu "Mediasport"a açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.

Nazirlik rəsmisi işlərin plana uyğun həyata keçirildiyini qeyd edib:

"Drenaj və isitmə xətlərinin çəkilməsi, çınqıl-qum qarışığı ilə bərkitmə və digər işlərin icrası davam etdirilir. İşlər yekunlaşdıqdan sonra "Kəpəz" klubu oyunlarını doğma azarkeşləri qarşısında keçirə biləcək".

Xatırladaq ki, III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi Gəncə şəhər stadionu yeni inşa edilib.