Elmar Baxşıyevin istefaya göndəriləcəyi tarix DƏQİQLƏŞDİ

 Elmar Baxşıyevin istefaya göndəriləcəyi tarix DƏQİQLƏŞDİ

"Qara zolaq"dan çıxa bilməyən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin istefaya göndəriləcəyi tarix müəyyənləşib.

Klubdan "Mediasport"a verilən məlumata görə, qeyri-rəsmi prezident Zaur Axundov İcraçı direktor Eldəniz Yusubova mütəxəssisin dekabrın sonunadək yola salınmasını tapşırıb.

45 yaşlı çalışdırıcı ilə yollar 2025-ci ilin son oyununun ardından ayrılacaq.

"Şamaxı" ilə görüşdən sonra postunu tərk edəcək mütəxəssisə cüzi məbləğdə kompensasiya ödəniləcək. Rəhbərlik bir aya yaxındır müxtəlif məşqçilərlə danışıqlar aparır.

Xatırladaq ki, Baxşıyevin naxçıvanlılarla müqaviləsi gələn ilin yayına qədərdir.

"Araz-Naxçıvan" yayda çox sayda bahalı transferlərə baxmayaraq, Premyer Liqada 15 turdan sonra 23 xalla 6-cı sırada qərarlaşıb. Komanda lider "Qarabağ"dan nəzəri 13 xal geri qalır.