"Neftçi"dən Liviyaya yollandı - 3 ay keçməmiş yenə klubsuz qaldı

2024/2025-ci illər mövsümünü “Neftçi”də keçirmiş Dembo Darbo yenə klubsuz qalıb.
"Mediasport" xəbər verir ki, 3 ay əvvəl Liviyanın “Əl Əhli” klubuna keçən hücumçu paytaxt təmsilçisi ilə yollarını ayırıb.
Qambiyalı forvardla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, xroniki zədəsi olan Darbo "Neftçi"nin heyətində 16 oyun keçirib 4 qol vurmuçdu.