Tovuz şəhər stadionunun yenidən bağlanılmasının səbəbi açıqlandı

Tovuz şəhər stadionunun yenidən bağlanılmasının səbəbi açıqlandı

“Turan Tovuz” Misli Premyer Liqasında sonuncu - 33-cü turunda “Sabah”la ev oyununun məkanının dəyişdirilməsinin səbəbi açıqlanıb.

"Mediasport" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, səbəb arenanı avrokuboklara hazır vəziyyətə gətirməkdir.

“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşmaq məqsədilə “Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.

Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Misli Premyer Liqasının 33-xü turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.

Dəyərli "Turan" ailəsi!

Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdir”.

Xatırladaq ki, 2026/27 mövsümündə "Turan Tovuz" Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil edəcək.