Azərbaycan Premyer Liqasında mövsümün ən sərrast futbolçusu

 Azərbaycan Premyer Liqasında mövsümün ən sərrast futbolçusu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün bombardiri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, çempion "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade ən sərrast futbolçu olub.

Mövsümdə 15 dəfə fərqlənən Kabo Verde əsili portuqaliyalı vingerin ən yaxın izləyicisi 12 qolla "Zirə"dən qvineyalı Salifu Sumadır.

"Sabah"dan Cesse Sekidika və "Zirə"nin digər legioneri Davit Volkov 11 qolla 3-4-cü yerləri bölüşürlər.

"5-liy"i "Araz-Naxçıvan"ın braziliyalı forvardı Felipe Santos (10 qol) qapayır.