Azərbaycan Kubokunun final matçının biletləri satışa çıxarıldı
Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.
Bu barədə "Mediasport"a Peşəkar Futbol Liqasından məlumat verilib.
"Sabah" – "Zirə" qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür.
Matçın biletlərinin qiymətiləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manatdır.
Mayın 13-də "Palms Sports Arena"da keçiriləcək oyun saat 20:00-da başlanacaq.
