Qurban Qurbanovun İngiltərədə mətbuat konfransı olmayacaq
Fevralın 24-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə “Nyukasl Yunayted”in qonağı olacaq “Qarabağ”ın matçdan əvvəl səfərdə mətbuat konfransı və açıq məşqi keçirilməyəcək.
"Mediasport" xəbər verir ki, oyunqabağı son məşq və media mənsubları ilə görüş Bakıda baş tutacaq.
Açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda cavablandıracaq.
Xatırladaq ki, təmsilçimiz Bakıda keçirilən ilk görüşdə rəqibinə 1:6 hesabı ilə uduzub.
Cavab qarşılaşması Bakı vaxtilə saat 00:00-da başlanacaq.
