"Neftçi"nin oyunu ləğv edildi

"Neftçi"nin oyunu ləğv edildi

Yay təlim-məşq toplanışını Polşada davam etdirən “Neftçi”nin hazırlıq çərçivəsində “Asteras”la (Yunanıstan) yoxlama matçı ləğv edilib.

“Mediasport” xəbər verir ki, qarşılaşma güclü leysan səbəbindən baş tutmayıb.

Qeyd edək ki, hazırlıq çərçivəsində İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Polşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edən “ağ-qaralat” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcəklər.