"Qarabağ" İspaniyada "Atletik"ə uduzdu - UEFA Gənclər Liqası

"Qarabağ" İspaniyada "Atletik"ə uduzdu - UEFA Gənclər Liqası

UEFA Gənclər Liqasında mübarizə aparan "Qarabağ" yarışda növbəti görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu U-19 Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik"lə qarşılaşıb.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, komandamız bunadək qrupda çıxdığı ilk iki dueldən də məğlub ayrılıb.

Təmsilçimiz səfərdə "Benfika"ya (1:7), Bakıda "Kopenhagen"ə (0:5) uduzubsa, Bilbao klubu hər iki matçını qələbə ilə başa vurub.

Komandamızın növbəti oyunu noyabrın 5-də Bakıda "Çelsi"yə qarşı olacaq.

Xatırladaq ki, yarışda digər təmsilçimiz "Sabah" turnirin II təsnifat mərhələsinin ilk matçında bu gün Fransada "Nant"ın qonağı olacaq.

Oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda baş tutacaq.


UEFA Gənclər Liqası. Əsas mərhələ. 3-cü tur


"Atletik" U-19 (İspaniya) - "Qarabağ" U-19 (Azərbaycan) 3:0

Baş hakim: Qal Leyboviç

Yan xətt hakimləri: Haz Orpaz Hen, Zeev Vladimir Frenkel (əsas hakimlər İsraildəndir)

Dördüncü hakim: Con Andrade Del Olma (İspaniya)