Nicat Abbasov Polşada Avropa çempionatında liderliyə yüksəldi
Polşanın Katovitse şəhərində təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında lider dəyişib.
"Mediasport" xəbər verir ki, 9-cu turda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı Nicat Abasov zirəvni ələ keçirib.
O, 7,5 xal toplayıb və liderliyi ispaniyalı David Giharro ilə bölüşür.
Digər şahmatçımız Aydın Süleymanlı 7 xalla 5-ci pillədə qərarlaşıb.
7 xal toplayan Məhəmməd Muradlı 12-ci pillədədir.
Bu gün oynanılacaq 10-cu tur liderlərin dueli ilə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharronun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.
Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.
Qeyd edək ki, 11 turdan ibarət Avropa çempionatında ilk iyirmilikdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.
