FİDE-nin yeni reytinqi açıqlandı: Şəhriyarla Teymur bir pillə gerilədi

FİDE-nin yeni reytinqi açıqlandı: Şəhriyarla Teymur bir pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may üçün dünya reytinqini açıqlayıb.

"Mediasport" xəbər verir ki, “Top-100”də Azərbaycanın 7 şahmatçısı yer alıb.

Kişilər arasında ən yaxşı göstəriciyə malik Şəhriyar Məmmədyarov bir pillə geriləyərək, 2746 xalla 14-cü pilləyə düşüb.

Bir addım geri düşən Teymur Rəcəbov 2692 xalla 40-cı, Rauf Məmmədov isə 2657 xalla 69-cudur.

Reytinqə 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçılarımız da geriləyiblər. Ən yaxşı təmsilçimiz Gövhər Beydullayeva (2394) 8 pillə ilə 53-cü, Günay Məmmədzadə (2390) 4 pillə ilə 57-ci, 10 pillə geriləyən Ülviyyə Fətəliyeva (2374) isə 67-ci  sıraya enib.

3 addım irəliləyən Xanım Balacayeva (2358) 82-ci pillədə qərarlaşıb, “100-lüy”ə qayıdan Gülnar Məmmədova 2352 xalla 91-ci sırada dayanıb.

Qadınların sıralamasında lider 2633 xalla çinli Yifan Hudur.