"Hər bir rəqibim sona qədər ciddi və maraqlı mübarizə apardı"

"Hər bir rəqibim sona qədər ciddi və maraqlı mübarizə apardı"

"Ümumilikdə turnir çox maraqlı və gərgin keçdi. Beş görüş keçirdim və deyə bilərəm ki, ən çətin qarşılaşmam ikinci raundda Ravan Əliyevə qarşı oldu. Həmin partiya həm fiziki, həm də psixoloji baxımdan ən yorucu görüşlərimdən biri idi".

"Mediasport" xəbər verir ki, bu sözləri şahmat üzrə Azərbaycan çempionu olan Məhəmməd Muradlı deyib.

27 yaşlı zəka sahibi ölkə birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb:

"Hər bir rəqibim sona qədər ciddi və maraqlı mübarizə apardı. Final görüşü isə xüsusilə maraqlı idi və mənim üçün böyük əhəmiyyət daşıyırdı.

Sevindirici haldır ki, turniri yaxşı formada başa vura bildim və bütün görüşlərdən qalib ayrıldım. Bir daha qeyd etmək istəyirəm ki, turnir yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçılara göstərdikləri diqqət və peşəkarlığa görə təşəkkürümü bildirirəm".