Nihat Kahveci Varqasın qolu haqda nələr dedi? - VİDEO

Nihat Kahveci Varqasın qolu haqda nələr dedi? - VİDEO

"Sən Harri Keyn, Robert Levandovski, Zlatan İbrahimoviç deyilsən. Həqiqətən də Varqasın vurduğu bu qol kifayət qədər baxımlıdır".

"Mediasport" xəbər verir ki, bu sözləri türkiyəli futbol mütəxəssis Nihat Kahveci deyib.

Veteran futbolçu Azərbaycan Premyer Liqasının 30-cu turunun "Karvan-Yevlax" - "Neftçi" (0:3) matçında "ağ-qaralar"ın futbolçusu Freddi Varqasın vurduğu qoldan bəhs edib.

O, epizod zamanı venesuelalı vingerin soyuqqanlılığından da söz açıb.

Xatırladaq ki, Varqasın bu qolunun videosu klubun sosial media hesabında 25 milyondan çox izlənib.