Çempionlar Liqası: "Qarabağ" İspaniyada "Atletik"ə məğlub oldu

Çempionlar Liqası: "Qarabağ" İspaniyada "Atletik"ə məğlub oldu

Azərbaycanın Avropadakı təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qitənin bir nömrəli klub yarışının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik"in qonağı olub.

Komandamız matça qolla başlasa da, yekunda yarışın Liqa mərhələsində ilk məğlubiyyətini alıb.

Xatırladaq ki, Azərbaycan çempionu bunadək əsas raundda keçirdiyi hər iki görüşdə qələbə qazanıb.


UEFA Çempionlar Liqası. Əsas mərhələ. 3-cü tur


“Atletik” (İspaniya) - “Qarabağ” (Azərbaycan) 3:1

Qollar: Qorka Quruseta, 40, 88, Robert Navarro, 70 - Leandro Andrade, 1.

Baş hakim: İqor Payaç

Yan xətt hakimləri: Boyan Zobeniça, İvan Mixali

Dördüncü hakim: Zdenko Lovriç

VAR: İvan Bebek (hamısı Xorvatiya)

AVAR: Fedayi San (İsveçrə)

İspaniya, Bilbao, “San Mames” stadionu.

"Atletik": 1. Unay Simon, 17. Yuri Berçiçe, 14. Aymerik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xauregisar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İniaki Uilyams (k), 10. Niko Uilyams, 11. Qorka Quruseta.

Baş məşqçi: Ernesto Valverde.

"Qarabağ": 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.