Azərbaycanlı hakim ikinci dəfə dünya çempionatında yer alacaq

Azərbaycanlı hakim ikinci dəfə dünya çempionatında yer alacaq

Azərbaycanın cüdo üzrə beynəlxalq dərəcəli hakimi Nazim Umbayev Bakıda keçiriləcək dünya çempionatına təyinat alıb.

"Mediasport" xəbər verir ki, bu, “A” kateqoriyalı ədalət təmsilçisi üçün ikinci belə cəhd olacaq.

O, böyüklər arasında dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir.

Umbayev ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən dünya çempionatının hakimlər heyətinə daxil edilib.

Qeyd edək ki, Bakı mundialı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.