İranda “Necad Haşimi kuboku” turnirini 5 medalla başa vurduq

İranda “Necad Haşimi kuboku” turnirini 5 medalla başa vurduq

Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri İranın Behşehr şəhərində keçirilmiş “Necad Haşimi kuboku” turnirini beş medalla başa vurublar.

"Mediasport" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın U-20 yığmasının daha üç üzvü fəxri kürsüyə qalxıb. 

Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc mükafata sahib çıxıb.

7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.

Qeyd edək ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.