Avropa çempionatı: 3 güləşçimiz medal qazandı, biri finala çıxdı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçilərindən üçü günü medalla başa vurub, biri sabah finalda güləşəcək.
Güləşçilərimizdən biri gümüş, ikisi bürünc mükafata yiyələnib.
Yalnız finalda məğlub olan Ziya Babaşov (63 kq) ikinci yeri tutub.
Elmin Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) Avropa üçüncüsü olublar.
72 kq-da yarışan Ruslan Nurullayev sabah finalda çempionluq görüşünə çıxacaq.
97 kq-da mübarizə aparan Aqil Musayev isə turniri erkən başa vurub.