PFL rəsmisi Konfrans Liqasında UEFA nümayəndəsi olacaq

 PFL rəsmisi Konfrans Liqasında UEFA nümayəndəsi olacaq

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.