Kamal Umudlu "Atalanta" - "Çelsi" oyununun baş hakimi olacaq
FİFA referisi Kamal Umudluya növbəti təyinat verilib.
"Mediasport" xəbər verir ki, referi UEFA Gənclər Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) oyununun baş hakimi olacaq.
Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.
