Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi matç keçiriləcək
Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan 1-ci Liqasında yarışan şəhərin eyniadlı komandası 8-ci tur çərçivəsində "Karvan-Yevlax"la qarşılaşacaq.
Saat 16:00-da start götürəcək görüşdə baş hakim Premyer Liqa referisi Kamranbəy Rəhimov olacaq.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

