Qapıçı oyunun ən yaxşısı seçildi
Dünya çempionatının 3-cü turunun J, K və L qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Xorvatiya - Qana matçında (2:1) bu ada Petar Suçiç layiq görülüb.
Panama - İngiltərə duelində (0:2) Cud Bellinqem seçilib.
Kolumbiya - Portuqaliya görüşündə (0:0) qapıçı Diequ Koşta oyunun ən yaxşısı adına sahib çıxıb.
Konqo Demokratik Respublikası - Özbəkistan oyununda (3:1) Yoan Vissa mükafatlandırılıb.
Əlcəzair - Avstriya matçında (3:3) dubl edən Riyad Mahrez bu ada layiq görülüb.
İordaniya - Argentina qarşılaşmasında (1:3) Covani Lo Çelso fərqləndirilib.


