Xankəndi şəhər stadionunda topa ilk toxunuşu şəhidin övladı etdi
Yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda ilk rəsmi futbol oyunu start götürüb.
"Mediasport" xəbər verir ki, şəhərin eyniadlı komandası Azərbaycan 1-ci Liqasının 8-ci turu çərçivəsində "Karvan-Yevlax"ı sınağa çəkir.
Start fitindən sonra topa ilk toxunuşu vaxtilə burada futbol oynamış veteranlar - Samir Ələkbərov, Emin Salmanov və Münis Abdullayevin müşayiəti 44 günlük Vətən müharibəsinin şəhidi Fikrət Məmmədovun oğlu İbrahim edib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.


