FİFA prezidenti olmağa yekun namizədlərin adları açıqlandı
FİFA prezidentliyinə namizədlik sənədlərinin təqdim edilməsi müddəti başa çatıb və yekun siyahı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Filip Diallo və Kodzo Taşima hazırkı rəhbər Canni İnfantionun rəqibləri olacaqlar.
Filip Diallo Fransa Futbol Federasiyasının prezidentidir, Taşima isə Yaponiya Futbol Assosiasiyasının rəhbəri olub.
O, 2015-ci ildən FİFA-da çalışır.
Yeni prezident seçkisi 18 mart 2027-ci ildə Mərakeşin Rabat şəhərində keçiriləcək 77-ci Konqresində baş tutacaq.
Xatırladaq ki, Canni İnfantino dünya futbol təşkilatına 2016-cı ildən rəhbərlik edir.

