"Şamaxı"dan Afrikaya dəvət olundu
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini növbəti dəfə Benin milli komandasına dəvət alıb.
"Mediasport" xəbər verir ki, müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi oyunlarında düşərgədə yer alacaq.
22 yaşlı futbolçunun yığması Mərkəzi Afrika Respublikası millisi ilə qarşılaşmalarda meydana çıxa bilər.
Oyunlar 12-16 noyabr tarixlərində baş tuatcaq.

