Qurban Qurbanovdan 1 ay "dərs" aldı, Bakıda "Qarabağ"ı məğlub etdi
“Qarabağ”ın əvəzedici komandası ilə Qazaxıstanın AKAS klubunun U-19 kollektivi arasında yoxlama oyunu keçirilib.
"Mediasport" xəbər verir ki, Bakıda baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0.
Maraqlıdır ki, Maksim Medvedevin baş məşqçisi olduğu əvəzediciləri məyus edən rəqibin baş məşqçisi Dövran Kencaxunov bu ilin martında Qurban Qurbanovun yanında təcrübə keçib.
Mütəxəssis "Qarabağ"ın əsas komandasının çalışdırıcısının dəvəti ilə 1 ay Bakıda olub, onun uğurlu təcrübəsindən faydalanıb.

