"Çempionlar Liqasında rəqabət səviyyəsi tamamilə fərqlidir"
“Çempionlar Liqasında hər qarşılaşma öz çətinliyi ilə seçilir. Biz Norveçə ciddi hazırlıq keçərək gəlmişdik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssis UEFA çempionlar Lqiasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Vikinq"lə Norveçdə keçirilmiş görüşü haqda danışıb, 1:4 hesablı məğlubiyyəti şərh edib:
"İlk hissədə meydanda bərabər səviyyəli mübarizə getdi və hər iki komanda yaratdığı qol imkanlarından istifadə etməyi bacardı.
Fasilədən sonra isə oyun daha açıq xarakter aldı. Rəqib xüsusilə təkbətək mübarizələrdə üstünlük nümayiş etdirdi.
Bu səviyyəli qarşılaşmalarda oyunun sürətinə və tempinə uyğunlaşmaq olduqca vacibdir.
Təəssüf ki, qapımızda gördüyümüz qol sonda məğlubiyyətimizə səbəb oldu. Halbuki, azlıqda qalmağımıza baxmayaraq, meydanda yaxşı mübarizə aparırdıq.
Daha əvvəl də qeyd etdiyim kimi, Çempionlar Liqasında rəqabət səviyyəsi tamamilə fərqlidir. Bu cür qarşılaşmalarda ən kiçik səhv belə qolla nəticələnə bilər”.

