"Qarabağ" Avstriyada Bundesliqa təmsilçisi ilə qarşılaşacaq
“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.
Bu barədə "Mediasport"a Ağdam klubundan məlumat verilib.
"Atlılar"ın Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00 başlanacaq.
Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.
Digər iki görüş iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək.
Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-a lanlaşdırılıb.


