"Zirə"nin hücumçusu Farer adaları yığması üzərində qələbəyə sevindi

"Zirə"nin hücumçusu Farer adaları yığması üzərində qələbəyə sevindi

"Zirə"nin futbolçusu David Volkov Gürcüstan millisinin heyətində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Farer adaları ilə yoldaşlıq matçında gücünü sınayıb.

"Qartallar"ın hücumçusu gürcülərin 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada ikinci hissədə şans qazanıb.

Fransalı mütəxəssis forvarda 25 dəqiqə şans verib.

Gürcüstan yığmasının növbəti yoldaşlıq görüşü iyunun 8-də Kabo Verdeyə qarşı olacaq.