"Qarabağ" keyfiyyətli komandadır" - "Napoli" və İtaliya millisinin üzvü

"Qarabağ" keyfiyyətli komandadır" - "Napoli" və İtaliya millisinin üzvü

“Qarabağ keyfiyyətli komandadır, Çempionlar Liqasında çox yaxşı işlər görür. Sabah bizimçün çətin oyun olacağını bilirik".

"Mediasport" xəbər verir ki, bunu "Napoli"nin müdafiəçisi Alessandro Buoncrono deyib.

İtaliya klubunun 26 yaşlı mərkəz müdafiəçisi sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində qəbul edəcəkləri "Qarabağ"la matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Sabah yaxşı oyun keçirmək üçün gücümüz və böyük inamımız var. "Atalanta" ilə oyunda qələbə sayəsində topladığımız enerjini sabah meydana qoymalıyıq. Qarşıda bizi çox önəmli matç gözləyir".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması sabah gecə yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr 00:00) start götürəcək.