Messinin DÇ-də "göz ağartdığı" məşhur portuqaliyalı Bakıya gəlir
UEFA çempionlar Liqasında təmsilçimiz “Sabah”ın 3-cü təsnifat mərhələsində Danirmarkanın “Orhus” klubu ilə Bakıda baş tutacaq görüşünün hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, avqustun 11-də Masazırda keçiriləcək cavab oyununu məşhur FİFA referisi idarə edəcək.
Dünya Kuboku-2026-da iş başında olmuş portuqaliyalı Joau Pineyruya yan xətlərdə Lusianu Mayya və Uqu Markeş kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fabiu Verissimo yerinə yetirəcək.
VAR-da Tyaqu Martinş, AVAR-da isə Andre Narsiso işləyəcək.
Xatırladaq ki, Pineyru DÇ-nin 1/8 final mərhələsinin Argentina - İsveçrə matçında Lionel Messinin ona qarşı davranışı ilə gündəm olmuşdu.
Dünya futbolunun ulduzu referiyə sərt tonda "Mənimlə hörmətlə danış" deyə iradını bildirmişdi.
Matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk duel avqustun 5-də Danimarkada reallaşacaq.


