"Onların heyətində Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var"

"Onların heyətində Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var"

"Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Azərbaycanlı futbolçular Ukrayna ilə son ev oyununda qazandıqları nəticə sayəsində milli ruha sahibdirlər".

"Mediasport" xəbər verir ki, bu sözləri futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam deyib.

Dünya çempionu sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə qəbul edəcəkləri Azərbaycan millisi ilə matç haqqında danışıb.

57 yaşlı mütəxəssis ehtiyatı əldən verməməyə çalışacaqlarını bildirib:

"Onların itirəcəyi heç nə yoxdur. Meydanda bütün güclərini ortaya qoyacaqlar. Biz meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq.

Rəqibin heyətində bu mövsüm Çempionlar Liqasına yaxşı başlayan “Qarabağ”ın 7 futbolçusu var. Bizdən çox şey asılı olacaq.

Azərbaycan millisi mümkün qədər yaxşı müdafiə olunmağa çalışacaq. Müdafiəni yarmaq üçün həll yolları tapmalıyıq.

Hazırda yalnız sabahkı matçı düşünürəm. Çünki meydanda hər şey əleyhimizə dəyişə bilər”.

Qeyd edək ki, qarşılaşma “Park de Prens” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.