Maurisio Poçettino "Mançester Yunayted"lə müqavilə bağladı
“Mançester Yunayted”in yeni baş məşqçisi rəsmən müəyyənləşib.
"Mediasport" xəbər verir ki, “qırmızı şeytanlar”ı Maurisio Poçettino çalışdıracaq.
54 yaşlı mütəxəssislə 3,5 illik müqavilə bağlanıb.
"Mankunianlar" keçid üçün ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödəyəcək.
Argentinalı çalışdırıcı 2024-cü ildən ABŞ millisinə rəhbərlik edirdi.
O, daha əvvəl "Espanyol", "Sauthempton", "Tottenhem", PSJ və "Çelsi"nin baş məşqçisi olub.
Xatırladaq ki, mançesterlilər dünən Maykl Karriklə vidalaşıblar. Komanda Premyer Liqada 10 turdan sonra 18-ci sırada qərarlaşıb.

