SON DƏQİQƏ! "Qarabağ" Super Liqanın son çempionu ilə anlaşdı
Yay hazırlıq dönəmində aktiv transfer fəaliyyəti ilə seçilən "Qarabağ" daha bir legionerin keçidini həll etmək üzrədir.
"Mediasport"a verilən məlumata görə, Ağdam klubu braziliyalı yarımmüdafiəçi Lukas Venturanın transferini razılaşdırıb.
İsrail Super Liqasının son çempionu "Hapoel"də (Beer Şeva) forma geyinən cənubi amerikalı 2024-cü ildən bu ölkədə çıxış edir.
Braziliyada adlı-sanlı "Kruzeyru"nun yetirməsi karyerası ərzində vətənində "Sport Resife", "Boa Esporte" və "Avai", Portuqaliyada isə "Portimonense"də oynayıb.
Son mövsüm İsrail klubunun heyətində bütün turnirlərdə 41 oyun keçirmiş müdafiəyəmeylli futbolçunun transfer dəyəri 2 milyon avrodur.


