"Qarabağ" UEFA reytinqində gerilədi - "Mölde" Ağdam klubunu keçdi

Avrokubokların 1/8 final mərhələlərinin ilk oyunlarının nəticələrindən sonra klubların UEFA reytinqi yenilənib.
"Mediasport" xəbər verir ki, sıralamada bəzi dəyişikliklər olub.
Mübarizəni davam etdirməyən Azərbaycan çempionu “Qarabağ” 1 pillə geriləyib.
Aktivində 32,000 xal olan Ağdam klubu 67-cı yerdə qərarlaşıb.
1/8 finalın ilk görüşündə "Legiya"ya (Polşa) qalib gələn Norveçin “Mölde” klubu Qurban Qurbanovun komandasını ötərək xal ehtiyatını 33,750-yə çatdırıb.
Digər təmsilçilərimizdən “Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir, “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 315-ci, “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 337-ci yeri bölüşürlər.
Reytinqə 142,000 xalla əvvəlkitək Madrid "Real"ı başçılıq edir.