"32 illik həsrətdən sonra yenidən avrokuboklardayıq" - VİDEO
"Bütün "Turan Tovuz" azarkeşlərini təbrik edirəm. 32 illik həsrətdən sonra yenidən avrokuboklardayıq. Şəhərimizə yeni bir sevinc və həyəcan gəldi. Biz bu gün futbol festivalı yaşadıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un Müşahidə Şurasının sədri Ehtiram Quliyev Azərbaycan Premyer Liqasının 31-ci turunun "Karvan-Yevlax"la matçından sonra deyib.
Klub rəsmisi Qərb təmsilçisinin avrokuboklara vəsiqə qazanması münasibətilə komandanın baş məşqçisinə, futbolçulara və azarkeşlərə təşəkkür edib.
