"Neftçi" afrikalı bombardirin transferini reallaşdırdı - RƏSMİ
“Neftçi” yeni transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, ağ-qaralar Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.
Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu iki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edib.
Forvard Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olmuş afrikalı “Qnistan”da da qolçuluq bacarığını göstərib.
Davam edən “Veikkaussliqa”da Akinyemi bu mövsüm 13 qol vurub və turnirin hazırki bombardiridir.
28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb.
O, komandada 26 nömrəli formanı geyinəcək.

