"Sabah" rəzil futbolla Konfrans Liqasına əlvida dedi - YENİLƏNDİ

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edən "Sabah" III təsnifat mərhələsində cavab oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın baş məşçqisi olduğu "bayquşlar" Bakıda "Levski"ni (Bolqarıstan) qəbul edib.
90 dəqiqə ərzində rəzil futbol nümayiş etdirən, iki ötürməni ard-arda verə bilməyən Masazır təmsilçisi yarışla vidalaşıb.
Cütün qalibi pley-off mərhələsində AZ (Niderland) - "Vaduts" Lixtenşteyn) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Avropa Konfrans Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunu
"Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan) 0:2
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Oleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov
VAR: Oleksiy Derevinski
AVAR: Klim Zabroda
Masazır, "Bank Respublika Arena".