"Qarşıda bizi çox vacib matçlar gözləyir" - Millimizin məşqçisi

"Qarşıda bizi çox vacib matçlar gözləyir" - Millimizin məşqçisi

“Çox gözəl atmosfer var idi. Bizə olan ümidləri doğrultmağa çalışdıq. İnanıram ki, azarkeşlər oyundan zövq aldılar".

"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi Rövşən Qasımov deyib.

Mütəxəssis DÇ-2027-nin seçmə mərhələsinin 4-cü turu çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Andorra oyunu haqda danışıb, 2:0 hesablı qələbəni şərh edib:

"Komandadan razı qaldıq, qızlar bütün tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi çox vacib matçlar gözləyir.

İyunda Macarıstan və Şimali Makedoniya yığmaları ilə qarşılaşacağıq. Bundan sonra tam olaraq həmin görüşlərə köklənəcəyik”.