"Qarabağ"ın Çempionlar Liqasında pley-off rəqibi müəyyənləşdi

"Qarabağ"ın Çempionlar Liqasında pley-off rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanan "Qarabağ"ın rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "köhlən atlar"ın liqa mərhələsinə gedən yolda növbəti rəqibi "Ferensvaroş" olub.

Macarıstan klubu III təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdırıb (0:0, 3:0).

Xatırladaq ki, Ağdam təmsilçisinin pley-offda ilk oyunu avqustun 19-da səfərdə, cavab qarşılaşması isə avqustun 27-də Bakıda baş tutacaq.