"Sabah"la cavab oyunu öncəsi komandasının zəif cəhətini açıqladı

“Sabah”la oyuna yaxşı hazırlaşmışıq. Rəqib ilk matçın birinci hissəsində meydanda yaxşı mövqe tutmuşdu".
"Mediasport" xəbər verir ki, bu fikirləri UEFA Avropa Liqasında "Sabah"ın rəqibi olan Sloveniyanın “Çelye” komandasının baş məşqçisi Albert Riera deyib.
İspaniyalı mütəxəssis sabah Sloveniyada baş tutacaq cavab oyunu öncəsi dşüüncələrini bölüşüb.
O, standart vəizyyətlərdə çətinlik çəkdiklərini etriaf edib:
“İlk oyundan sonra belə başa düşdük ki, standart vəziyyətlərdə zəifik. Oyunöncəsi hazırlıqda buna xüsusi diqqət etdik. Mövsümə qələbə ilə başlamağımız vacib idi. Bunun psixoloji cəhətdən önəmi böyük oldu. Amma “Çelye” həmişə ikinci oyunlarda daha yaxşı olur. Çünki matçlar arasındakı fasilədə rəqiblərimizi daha yaxşı təhlil edə bilirik”.
Matç sabah Bakı vaxtilə saat 22:00-da başlanacaq.
Xatırladaq ki, ötən həftə Bakıda reallaşan ilk qarşılaşmada sloveniyalılar qələbə qazanıblar - 3:2.