"Qarabağ"ın bu futbolçusunu istəyən klub 4 milyon ödəməlidir!

"Qarabağ"ın bu futbolçusunu istəyən klub 4 milyon ödəməlidir!

"Qarabağ" futbolçusu Marko Yankoviçin transferi üçün yeni qiymət müəyyənləşdirib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu belə addım atmağa məcbur nolub.

Son ayda bir neçə ölkədən dəvət alan monteneqrolunun başının bu aralar "şirin təkliflər"ə qarışması "atlılar"ın oyunlarına təsirsiz ötüşməyib.

Yaponiya və Yunanıstan klublarından ardıcıl dəvətlər alan Markonun təzminat dəyəri 4 milyon avrodur.

Xatırladaq ki, yarımmüdafiəçinin "Qarabağ"la 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi mövcuddur.

O, 2022-ci ildən Qurban Qurbanovun komandasında çıxış edir.