Gənc "Qarabağ"lı Azərbaycanda mövsümün oyunçusu seçildi

AFFA Gənclər Liqasında 2024/2025-ci illər mövsümünün mükafatlandırma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, çempionat başa çatmasa da, mükafatçılar 35-ci turun ardından təltif ediliblər.
Liqada müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıblar.
Yarışın ən yaxşı futbolçusu "Qarabağ"ın gənc üzvü Hikmət Cəbrayılzadə seçilib.
O, iştirakçı komandalar arasında keçirilmiş sorğuya və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayevin rəyinə əsasən, mövsümün ən yaxşısı adına layiq görülüb.
Xatırladaq ki, ötən il U-17 Liqasında da ən yaxşı futbolçu seçilmiş U-19 milli komandamızın futbolçusu bu mövsüm "Qarabağ"ın əsas komandasının heyətində Azərbaycan Premyer Liqasının "Kəpəz"lə qarşılaşmasında debüt edib.