"Sabah"ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşdi
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan "Sabah"ın bu raundda rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Danimarkanın "Orhus" klubu ilə qarşılaşacaq.
Skandinavlar 2-ci təsnifatda "Lex"lə dramatik görüşdən qalib çıxıblar.
İlk oyunda evdə Polşa klubundan 4 top buraxan danimarkalılar cavab qarşılaşmasında mümkünsüzü bacararaq ümumi hesabı bərabərləşdiriblər, penaltilər seriyasında isə növbəti raunda vəsiqəni təmin ediblər.
"Bayquşlar"ın "Orhus"la duelləri avqustun 4-ü və 11-də baş tutacaq.


