Azərbaycan yığması San Marino futbolçularını məğlub etdi

Azərbaycan yığması San Marino futbolçularını məğlub etdi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız San Marino futbolçuları ilə qarşılaşıb.

Hesabı açan tərəf "cırtdan"lar olsalar da, sonradan iki qolan vuran komandamız qalib gəlib.

Xatırladaq ki, millimiz toplanış çərçivəsində baş tutan ilk görüşdə Maltaya 0:2 hesabı ilə uduzub.

Beynəlxalq yoldaşlıq oyunu


Azərbaycan - San Marino 2:1

Qollar: Rəhman Daşdəmirov, 28, Renat Daşaov, 50 - Nikola Nanni, 9.

Baş hakim: Marton Ruş

Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai

Dördüncü hakim: Bençe Çsonka

Sombatxey, "Haladaş" stadionu.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov (15. Bədavi Hüseynov, 86), 2. Rəhman Daşdəmirov, 16. Tellur Mütəllimov (22. Rəhim Sadıxov, 86), 25. Rüfət Abbasov (3. Elvin Cəfərquliyev, 61), 6. Səbuhi Abdullazadə (20. Aleksey İsayev, 46), 8. Emin Mahmudov (k) (10. Mahir Emreli, 61), 26. Ayxan Hüseynov (7. Toral Bayramov, 46), 11. Rüstəm Əhmədzadə (13. Emil Səfərov, 46), 9. Renat Dadaşov (19. Nəriman Axundzadə, 75).

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 17. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 24. Mustafa Əhmədzadə

Baş məşqçi: Ayxan Abbasov.

San Marino: 1. Edoardo Kolombo, 5. Mikele Çevoli (23. Matteo Valli Kasadei, 77), 15. Marko Pasolini, 4. Filippo Fabbri (24. Pietro Marinuççi, 87), 12. Alessandro Tosi (3. Simone Cokondi, 87), 8. Lorenzo Kapiççioni (2. Cakomo Benvenuti, 77), 18. Samuele Zannoni (7. Qabriel Kapiççioni, 56), 25. Kristian Meloni (22. Marçello Mularoni, 56), 21. Lorenzo Lazzari (19. Samuel Pançotti, 56), 11. Nikolas Cakopetti (14. Fausto Salikioni, 87), 9. Nikola Nanni (k).

Ehtiyat oyunçular: 13. Pietro Amiçi, 17. Mirko De Angelis, 16. Mattia Sankisi, 20. Filippo Terni, 26. Simone Tamaqninis.

Baş məşqçi: Roberto Çevoli.